Şamaxıda əmi-balanı gülləyənlər MƏHKƏMƏ QARŞISINDA

04/02/2019 - 18:03 1 987 0   0  

Şamaxıda bir nəfəri güllələməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirliəndirilən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclasının fevralın 11-nə təyin edilib. 
Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şamaxı rayon mərkəzinin Axundov küçəsində qeydə alınıb. Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb, onların barəsindən qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.