Salyanda iki minik maşını toqquşub.

28/01/2019 - 21:07 7 324 0   0  

Bu gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Qızılağac kəndindən keçən hissəsisndə iki minik maşını toqquşub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Qızılağac kənd sakini 54 yaşlı Tahir Ağaş oğlu Əliyevin idarə etdiyi 52 BF 721 dövlət nömrə nişanlı VAZ-2105 markalı və Neftçala rayon sakininin idarə etdiyi 90 XZ 556 dövlət nömrə nişanlı VAZ-21015 markalı minik maşınları toqquşub.

Hadisə nəticəsində VAZ-2105-in sürücüsünün həyat yoldaşı 56 yaşlı Nərminə Sırzı qızı Əliyeva xəsarət aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.