Salyanda avtobus şirkət işçisi olan piyadanı vurub öldürdü

19/11/2018 - 23:06 9 925 0   0  

Bu gün axşam saatlarında Salyan rayonunun Çuxanlı kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, SOCAR-a məxsus, Salyan rayonunun Qarabağlı kənd sakini, 58 yaşlı Tağıyev Vaqif Soltan oğluun idarə etdiyi İSUZU markalı, 99 JQ 732 nömrə nişanlı fəhlə daşıyan avtobusla yaxınlıqda düşərgə salmış, körpü-təmiri ilə məşğul olan şirkətin təxminən 50 yaşlı Rövşən adlı fəhləsi-Şirvan sakini vurulub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.