Salyanda ağır QƏZA: 4 nəfər yaralandı

15/01/2019 - 15:08 2 458 0   0  

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Suveren.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, “Mercedes” markalı avtomobilin qarşıda gedən “KamAZ” markalı avtomobilin arxasına çırpılıb. 
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 2000-ci il təvəllüdlü Ağazadə Zahid Rahib oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Kəmalə Elman qızı və Masallı rayon sakinləri, 1999-ci il təvəllüdlü Kərimova Rahibə Sadiq qızı və 1975-ci il təvəllüdlü Rəsulova Gülayə Bayraməli qızı Salyan MərkəziRayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.