“Şagirdi məktəbdən kənara çıxarıb və…” – Döyülən müəllimlə bağlı açıqlama

27/03/2019 - 22:34 13 636 0   0  

Bakının Xətai rayonu ərazisində yerləşən məktəbdə şagirdlərin birləşib müəllimi döyməsi ilə bağlı xəbər sosial mediada müzakirələrə səbəb olub.

Qeyd edək ki, döyüldüyü deyilən    ingilis dili müəlliminin 21 yaşı olduğu vurğulanır.

Hətta müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yardım çağırılıb. Aldığı xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib.

Lakin  hadisənin yaşandığı138 nömrəli tam orta məktəbdən AzEdu.az-averilən məlumatda hadisənin məktəbdən kənarda baş verdiyi deyilir:

“27 mart 2019-cu il tarixdə məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib.

Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib”.

Lamiyə Süleymanlı