Şabranda piyadanı maşın vuraraq öldürdü

13/11/2018 - 23:32 4 009 0   0  

Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabran Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə "təcili yardım" maşını ilə şəxsiyyəti məlum olmayan kişi meyiti daxil olub.

Onun avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.