Sabiq birinci katib dünyasını dəyişdi

18/01/2019 - 17:28 1 657 0   0  

Yevlax şəhər Partiya Komitəsinin birinci katibi olmuş Sabir Yaqubov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Yaxınlarının "Ölkə.Az"a verdiyi məlumata görə, S.Yaqubov Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Yaqubov Sabir Ağakişi oğlu 1948-ci ildə Qubadlı rayonunda anadan olub. O, Sovetlər Birliyinin Əfqanıstandakı səfirinin müşaviri vəzifəsində çalışıb. Diplomatik fəaliyyətinə görə “Rəşadət” ordeni ilə təltif edilib. Mərhum uzun illər Yevlax şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. S.Yaqubov həmçinin yazıçı publisist –jurnalist kimi də tanınıb, Respublika Jurnalistlər Birliyinin üzvü olub. O, bir neçə kitabın müəllifi olduğu üçün “Qızıl Qələm” mükafatına da layiq görülüb.