Sabahdan havalar dəyişir: Qar yağacaq – XƏBƏRDARLIQ

15/12/2018 - 19:45 706 0   0  

Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Suveren.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 5-7°, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, lakin gündüzdən bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6°şaxta, gündüz 2-6° isti təşkil edəcək.

Departament, həmçinin 17-19 dekabrda Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Bildirilir ki, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.