Saatlıda DƏHŞƏTLİ QƏZA: ana və 1 yaşlı oğlu öldü (YENİLƏNDİ)

11/11/2018 - 11:40 1 699 0   0  

Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Bunlar sürücü 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.
Hadisə Ş.Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

***

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.
"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hazırda ölənlərin kimliyi və hadisənin təfərrüatları aydınlaşdırılır.
Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. (report)