Saakaşvili Azərbaycan dilində təşəkkür etdi: Azərbaycan, çox sağ ol. Sizlər... - Video

29/10/2018 - 12:01 1 303 0   0  

Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib.

Suveren.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.