Rüşvət alan məmura cinayət işi açıldı - Azərbaycanda BİABIRÇILIQ

22/11/2018 - 18:26 547 0   0  

Azərbaycanda rüşvət alan vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Open.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Osmanov Ağa Qədir oğlu barəsində Cinayət Məcəlləsinin 311-cu(rüşvət) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işinin ibtidai istintaq artıq başa çatıb.
Sabiq icra nümayəndəsinin işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə məhkəmənin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.