Rusiyanın Ukraynanı işğal etməyə pulu çatmaz - Stratfor

05/02/2019 - 10:28 670 0   0  

Rusiya aqressiyasının yekun hədəfi Ukraynanın Qərbə inteqrasiyasına mane olmaqdır.

Axar.az xəbər verir ki, bunu “Stratfor” şirkətinin baş analitiki Yucin Çausovski “Azadlıq” radiosuna açıqlamasında deyib.
“Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlar icra etmək üçün yetərli sayda hərbçisi var, lakin bu müharibə Rusiya üçün böyük məsələ və böyük riskdir. Siz bu müharibənin iqtisadi və siyasi qiymətini nəzərə almalısınız. Konfliktin əvvəlində belə fəaliyyətlər üçün Rusiyanın şansı vardı, amma indi artıq dörd ildən çoxdur ki, Ukrayna Qərbin dəstəyi ilə öz hərbi potensialını inkişaf etdirməyə başlayıb. Ukraynanın işğalı Rusiya aqressiyasının hədəfi deyil. Rusiyanın hədəfləri nədir? Moskva bütün Ukraynanı anneksiya etmək istəmir. Bunun üçün böyük resurslar lazımdır ki, bu da onda yoxdur. Ona görə də Rusiyanın yekun hədəfi Ukraynanın Qərbə inteqrasiyasına maneə yaratmaq, hakimiyyətin gücünü zəiflətmək, Ukraynanın Qərbdəki hərəkətini bloklamaqdan ibarətdir”, – deyə o bildirib.