Rusiyalı terrorçu Türkiyədə zərərsizləşdirildi

24/12/2018 - 19:23 17 731 0   0  

Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

Suveren.az trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Çeçenistan sakinidir.

Adı açıqlanmayan terrorçunun “Həyat Təhrir əş-Şam” terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.

Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.