RUSİYADAN QƏRİBƏ AÇIQLAMA - "ABŞ tezliklə “nəfəs almağı” da qadağan edəcək"

21/12/2019 - 21:47 1 447 0   0  

Ölkələrə iqtisadiyyatın real sektorunun inkişafını qadağan edən ABŞ tezliklə onlardan “nəfəs almağı dayandırmağı” da tələb edə bilər.

TASS xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Şimal axını-2” və “Türk axını” qaz kəməri layihələrinə qarşı sanksiyaların qüvvəyə minməsi məsələsini şərh edərkən deyib.

“22 trilyon dollar dövlət borcu olan ölkə kredit qabiliyyətli ölkələrə iqtisadiyyatının real sektorunu inkişaf etdirməyi qadağan edir”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ-ın borclu həyat ideologiyası yeni “iqtisadi həbsə” icazə verməklə dünya rəqabətinə tab gətirə bilməyib.

“Tezliklə dərhal nəfəs almağı dayandırmağı tələb edəcəklər. Onsuz da çoxları bunu edəcək”, - Zaxarova qeyd edib.