Rusiyadan daha bir ÖLDÜRÜCÜ HƏMLƏ - "S-400"lər...

28/11/2018 - 11:27 2 332 0   0  

Rusiya Krım yarımadasına S-400 raket müdafiə sistemi yerləşdirəcək.

Suveren.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.
Buna səbəb Ukrayna ilə Kerç boğazında yaşanan silahlı qarşıdurmadır.
Qeyd edək ki, Ukraynanın Odessa dəniz limanından Mariupol limanına getmək üçün 25 noyabrda yola çıxan 3 Ukrayna donanmasına aid hərbi gəmi Rusiyanın su sərhədini pozduğu iddiası ilə atəşə tutulmuşdu. Nəticədə, 6 hərbçi yaralanmışdı.
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırmış və ölkədə hərbi vəziyyət elan edilməsi haqqında qərar imzalamışdı.
Ukraynanın paytaxtı Kiyevdə yerləşən Rusiya səfirliyi qarşısında etiraz aksiyaları baş qaldırmışdı. Binanın önünə gəmi maketləri qoyulmuş və təkər şinləri yandırılmışdı. Etirazçılardan bəziləri “Molotov kokteyli” yandırmış, digərləri isə səfriliyə aid avtomobili yandırmışdı.