Rusiyada yaşayış binasında partlayış – Ölənlərin sayı artır

02/01/2019 - 09:58 4 270 0   0  

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılmış operativ qərargahdan verilən məlumata görə, dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.