Rusiyada qadını liftdə öldürən şəxs azərbaycanlı çıxdı - Keçmiş polisdir

08/11/2018 - 19:54 20 713 0   0  

Rusiyanın paytaxtı Moskvada baş verən cinayətin üstü açılıb.

Suveren.az yenicag.az-a istinadla xəbər verir ki, Znamenskie Sadki küçəsi 3-də Larisa Vasilyevna Frosinanı liftə öldürən şəxs azərbaycanlı çıxıb.

Söhbət 1991-ci il təvəllüdlü Rövşən Şabanovdan gedir. Rusiya mətbuatının iddiasına görə, o, əvvəllər Azərbaycanda polis əməkdaşı olub.

Araşdırmalar zamanı məlum olub ki, Rövşən Şabanov soyğunçuluq məqsədi ilə 51 yaşlı qadını təqib edib. Və sonda qadınla birlikdə liftə daxil olub. Frosinaya 10 bıçaq zərbəsi yetirən Şabanov, qadının pullarını götürərək aradan çıxıb.

Qeyd edək ki, Rövşən Şabanov yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.