Rusiyada baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb- YENİLƏNİB

02/01/2019 - 16:32 8 512 0   0  

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

21 nəfərin taleyi isə məlum deyil.

Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.

***09:40

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.