Rusiya silah satışı üzrə dünyada ikinci olub - Lider ənənəvi olaraq ABŞ-dır

10/12/2018 - 15:38 2 200 0   0  

Suveren.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünynın top-100 nəhəng silah istehsalçısı arasında Rusiyanın 10 şirkətinin satış payı ötən il 9,5 faiz təşkil edib. Bu da dünya şirkətləri arasında Rusiyanı ikinci yerə çıxardıb.
Bu barədə sülh problemlərinin araşdırılması üzrə Stoqholm beynəlxalq institutunun (SSPABİ) hesabatında söhbət açılır. İnstitutun məlumatına görə, 2011-ci ildən başlayaraq, silahların modernləşdirilməsi proqramı çərçivəsində Rusiya şirkətləri silah satışı həcmini əhəmiyyətli dərəcədə artırıblar. Rusiyanın 10 şirkətinin ümumi satış həcmi 2017-ci ildə 8,5 faiz artıb.
S istehsal edən nəhəng sırasına şirkətlər sırasına ilk dəfə olaraq Rusiyanın «Almaz-Antey» şirkəti də daxil olub. O, 2016-cı ildəki 13-cü pillədən 10-cu pilləyə qalxıb.
Bu reytinq üzrə lider ənənəvi olaraq, Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Onun payına ümumi satış həcminin 57 faizi düşür. Böyük Britaniya isə ikinci yerdən 3-ü pilləyə enib – satış həcmi 9,0 faiz təşkil edib.