Rusiya səfirliyinin qarşısında aksiya keçirilib

14/12/2018 - 21:20 4 537 0   0  

Yerevanda rusiyalı hərbçi tərəfindən Gümrünün qadın sakininin qətlə yetirilməsi fakına etiraz olaraq aksiya keçirilib.

Suveren.az “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, Rusiya səfirliyinin qarşısında keçirilmiş aksiya “Respublika” partiyasının üzvləri tərəfindən təşkil edilib.

Yerevan Ağsaqqallar Şurasında “Çıxış” fraksiyasının katibi Teymina Vardanyan aksiyada çıxış edərək bildirib ki, Rusiya hərbi bazasının hərbçilərinin Ermənistan vətəndaşlarına qarşı hücumlarına son qoyulmalıdır.