Rusiya prezidenti iqtisadi inkişaf nazirinə "turist" dedi

30/01/2019 - 20:37 4 051 0   0  

Rusiya prezidenti Vladimir Putin hökumət üzvlərinin iştirak etdiyi müşavirəyə zarafatla başlayıb.

Suveren.az aznews.az-a istinadən xəbər verir ki, Kremlin sahibi Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkini "turist" adlandırıb: "Bizdə bu gün gündəlikdə turizm məsələsi qoyulub. Söhbətə başlamazdan öncə gəlin daha bir “turistdən” soruşaq".

Putin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Rusiya nümayəndə heyətinə başçılıq edən Oreşkindən xahiş edib ki, tədbir haqda məlumat versin.