"Rusiya müqaviləyə əməl etməlidir" - NATO-nun baş katibi

04/01/2019 - 22:36 15 325 0   0  

"Rusiyanın cari ilin fevral ayınadək qısa və orta mənzilli raketlərin ləğvi müqaviləsinə qayıtması son şansıdır".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Rusiyanın müqaviləyə əməl etməyə dönməsi ehtimalının olub-olmaması barədə fərziyyə yürütmək fikrim yoxdur. Əsas odur ki, indi Rusiyanın əlində son şans var. Rusiya bu müqaviləyə qayıtmasa, qarşımıza ciddi problem çıxacaq, çünki İNF Müqaviləsi (Treaty between USA and USSR on Elimination of Their İntermediate-Range and Shorter-Range Missiles) dağılacaq”, - baş katib ABŞ hökumətinin bu müqavilədən fevral ayında çəkilə biləcəyi barədə bəyanata şərh verərkən bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni “X-101” tipli raketlərin sözügedən müqaviləni pozmadığını bildirmişdi.

ABŞ-ın dövlət katibi Maykl Pompeo dekabrın 4-də Rusiyanın İNF-yə qayıtmaq üçün iki ay vaxtı olduğunu açıqlamışdı.