Rusiya ilə Türkiyə arasında ANLAŞMA

28/12/2018 - 21:36 2 380 0   0  

Rəsmi Ankara YPG/PKK terrorçularına qarşı Fərat çayından şərqə doğru planlaşdırılan hərbi əməliyyatlarda Suriya hava məkanından istifadə üçün Moskva ilə müzakirələr aparacaq.

Suveren.az "Hürriyət"ə istinadla xəbər verir ki, sabah Moskvaya gedəcək nümayəndə heyətinin tərkibində Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, prezidentin sözçüsü İbrahim Kalın, Müdafiə naziri Hulusi Akar və kəşfiyyat rəhbəri Hakan Fidan təmsil olunur.

Türkiyə tərəfi hesab edir ki, Fərat çayından şərqə doğru ərazilərdə əməliyyatların aparılması, eləcə də İŞİD-in dəqiq zərbələrlə məhv edilməsi üçün Suriyanın hava məkanından istifadə əhəmiyyətlidir. Hələlik ABŞ-ın nəzarətində olan hava məkanından istifadə etmək icazəsi qoşunların çıxmasından sonra mümkün olacaq.

Hava məkanının Rusiya tərəfindən qorunacağı gözlənilir. Türkiyə tərəfi isə sərhəddən 300-350 kilometr uzaqlıqda olan İŞİD qruplaşmasını tamamilə zərərsizləşdirmək niyyətindədir.