“RUSİYA DÜZGÜN QƏRAR VERDİ…” - Ərdoğan Putinin Xersonla bağlı qərarını şərh edib

10/11/2022 - 12:14 657 0   0  

“Rus qoşunlarının Xersondan çıxarılması düzgün qərardır”.

Suveren.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiyanın Xersonla bağlı qərarı müsbət qərardır, mühüm qərardır. Rusiyanın G20 sammitində iştirak edib-etməyəcəyini bilmirəm. Belə olsa, orada görüşmək imkanımız olacaq. Əks halda biz Rusiya ilə telefon diplomatiyası aparmağa davam edəcəyik. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq”, - Türkiyə lideri bildirib.

Türkiyə prezidenti onu da qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putinlə etibarlı münasibət qurub, bunsuz Rusiyanın “məhsul sazişi”ndə iştirakını bərpa etmək mümkün olmayacaq.

Suveren.az