Rusiya bir sıra şirkətlərə neft satmağı dayandıra bilər

06/11/2018 - 20:27 6 172 0   0  

Rusiya Baş nazirinin müavini Dimitri Kozak neft və neft məhsulları istehsalçısı olmayan şirkətlərə həmin məhsulların satışı imkanlarını araşdırmaq barədə göstəriş verib.

D.Kozak keçirdiyi müşavirədə energetika, maliyyə, iqtisadi inkişaf nazirliklərinə bu məsələni, habelə “neft və neft məhsullarının ixracı hüququnu neft hasilatı və emalı şirkətlərinin daxili bazara zəruri tədarük öhdəlikləri ilə uzlaşdırmaq məsələsini” öyrənməyi tapşırıb.