Rusiya Avropa Şurasına qayıdır – Nümayəndə heyəti Assambleyanın iyundakı sessiyasına qatılacaq

17/05/2019 - 23:29 2 665 0   0  

Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın təşkilata qayıtmasına yol açan razılaşma əldə ediblər. Bu o deməkdir ki, Rusiya yəqin iyunda parlament assambleyasının iclasına qatıla biləcək.

Britaniya, Polşa, Gürcüstan, Estoniya, Latviya və Litvanın dəstəklədiyi Ukrayna razılaşmanın qarşısını ala bilməyib.

“Bu gün baş verənlər yekundan əvvəlki addımdır”, – Avropa Şurasının sözçüsü Daniel Holtgen deyib. Onun sözlərinə görə, bundan sonra parlament assambleyası nazirlərin qərarlarını nəzərə almalı olacaq və Rusiyanın iyunda yeni təyinatların seçilməsi prosesində iştirakından ötrü daxili qaydaları dəyişmək məsələsinə qərar verəcək.

“Rusiya bildirib ki, parlament assambleyasına qayıdan, onların hüquqları bərpa olunan kimi rüsumlarını ödəyəcəklər və buna bəyanata şübhə etməyə əsasımız yoxdur”, – o vurğulayıb.

Moskvanın səsvermə hüququ 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq olunandan sonra alınıb.

Rusiya rəsmiləri Avropa Şurasından çıxmaqla hədələyirdi. Bu halda sıravi rusiyalılar Avropa İnsan Hüquqları Məhkəməsinə çıxışı itirmiş olacaqdılar. Bu məhkəmə Rusiyanın ədliyyə sisteminə inamı itirənlər üçün vacib alətə çevrilib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov səsverməni alqışlayıb, Rusiyanın illik ödəniş haqqı daxil olmaqla öhdəliklərini yerinə yetirəcəyini təsdiqləyib. Rusiya səsvermə hüququ alınandan sonra quruma ödənişləri dayandırmışdı.

Lavrov deyib ki, Rusiya Avropa Şurasının humanitar məsələlərin həllinə, eləcə də Rusiyanın ədliyyə sisteminin təkmilləşdirilməsinə “müsbət töhfəsi”ni dəyərləndirir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya Avropa Şurası ilə əməkdaşlığa hazırdır, ancaq qurumun qərarvermə mexanizmində “bərabər söz sahibi” olmalıdır. Ukraynanın Xarici işlər naziri Finlandiyada keçirilən toplantıda iştirakını təxirə salmışdı, çünki Rusiyayla bağlı müsbət səsvermə gözlənirdi.

Ukraynanın Avropa Şurasındakı təmsilçisi Dmitro Kuleba tvitində yazıb ki, Ukrayna və daha beş ölkə addımım əleyhinə səs verib. O, Avropa Şurasının qərarını “uzunmüddətli tərəfdaşı” xilas etməyə yönəlik “sinik diplomatiya”nın nəticəsi adlandırıb. Fransa və Almaniya Rusiyanı milyonlarla sıravi rusiyalının mənafeyi naminə quruma qaytarmağa çağırırdılar.

Almaniyanın Xarici işlər naziri Heiko Maas toplantıdan öncə deyib ki, Rusiyanı kənarda saxlamaq “maraqlarımıza uyğun deyil”.