Rəqəmsal hakimiyyətin ilk pilləsi: "DATA BAZAYA NƏZARƏT"

19/05/2020 - 01:06 202 1   0  

Ortaya çıxan məlumatların idarə edilməsi tendensiyası dünya ÜDM-nin 16%-ni əhatə edən və 2.5 dəfə çox sürətlə artan qlobal rəqəmsal iqtisadiyyatı sürətlə dəyişdirir. Bu günə məlumatların ümumi idarəetməsinin yoxluğu amerika texnologiya şirkətləri üçün rəqabətdə üstünlüyü təmin edirdi, amma nəticədə qlobal çinli şirkətlərin artımına gətirib çıxarırdı. Bu mühit bütün dünyadan nəhəng həcmdə məlumatları əlində toplaya bilən Facebook, Google, Baidu və Tencent kimi kompaniyaların bazara hakim olmasına gətirib çıxardı. Yeri gəlmişkən, verilənlərin məxfiliyi və yerləşdirilməsinə dair yeni və təzələnən milli qanunlar kompaniyaların biznesi beynəlxalq səviyyədə idarəetmə yollarını dəyişdirir. Yaxın günlərdə Avropa İttifaqının məlumat bazasının qorunması üzrə Ümumi Reqlamentinin və Çinin Kibertəhlükəsizlik Qanunu – data təhlükəsizliyinin qaydaları üzrə iki tamhəcmli paket- artıq bu  bazarlarda və onların bütün ticarət partnyorlarında biznesə pilləli təsir göstərməyə başlayıb. Və bu hələ başlangıcdır.

Məlumatın idarə olunması tədbirləri arasında, verilənlərin lokalizasiyası hökumətlərin məlumat bazası üzərində nəzarəti ələ keçirməsi və öz yaratdığı dəyərlərin milli sərhədlər daxilində yayılması üçün güclü bir alətdir. Son bir neçə ildə, yetmişdən çox ölkə ən məhdudlaşdırıcı və baha başa gələn tədbirlərdən olan-məlumat bazasının lokalizasiyasını əks etdirən yeni məlumat təhlükəsizliyi haqda qanun qəbul etmişlər.

2017-ci ildə, ABŞ firmaları məlumat yerləşdirilməsi siyasətini rəqəmsal ticarət üçün əsas maneə adlandırdılar- və bu tipli müdafiə tədbirləri artmaqdadır.

Qarşıdan gələn məlumat bazasının lokalizasiyası və məxfiliyinə dair sərt qanunlar dövrü rəqəmsal nəhənglərin “rəqabətlilik qabiliyyətini” Rusiyada və Çində olduğu kimi xarici firmaları bazardan çıxararaq müəyyən bazarlarda əməliyyatlar aparılmasının dəyərini artıraraq aşındırır. Onlar da kiçik firmalar üçün rəqabəti çətinləşdirirlər. Data tənzimlənməsinin artan səviyyəsi firmalara müxtəlif cür təsir göstərərkən, məlumatın idarə olunması rejimlərinin necə inkişaf etməsinin anlaşılması və hər bir ölkədə tətbiq edilən məlumatlarla bağlı dəqiq tədbirlər ölkə daxilində və xaricində rəqabətliliyin saxlanılması üçün həlledici olacaq.

"Foreign Policy"

Tərcümə etdi: Ülviyyə Şükürova