Röya ağır qəzaya düşdü - SON DƏQİQƏ

23/11/2018 - 20:33 2 077 0   0  

Müğənni Röya avtomobil qəzasına düşüb.

Suveren.az BakuPost.az-a istinadən xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.

Müğənninin HB Güvən klinikasına aparıldığı bildirlir.

Klinikadan xəbəri təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbulu üçün xüsusi tapşırıq verib: "Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.