Ronaldo İngiltərədəki evini satdı

15/01/2019 - 19:39 12 646 0   0  

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo İngiltərənin Çeşir qraflığındakı malikanəsini satıb.

34 yaşlı hücumçu satışdan 3,25 milyon funt sterlinq əldə edib.
Ronaldo bu evi 2008-ci ildə 3,9 milyon funt sterlinqə alıb.

Futbolçu İspaniyaya köçmədən əvvəl bu evdə bir ildən az müddətdə yaşayıb.

Qeyd edək ki, 2009-cu ildə Ronaldu “Mançester Yunayted”dən “Real Madrid”ə, ötən il isə “Yuventus”a transfer olunub.(teleqraf)