"Reydə, Təbrizdə, İrəvanda, Xankəndində hərbi paradlar keçirəcəyimiz gün uzaqda deyil!" - CAHANDAR BAYOĞLU

26/06/2020 - 21:07 5 065 1   0  

26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaranması haqda Milli Hökümətimizin qərarı verilmiştir. Yaranışından həmən sonra Qafqaz İslam Ordusuyla birlikdə Bakının Rus-Erməni çətələrindən azad edilməsində Milli Ordumuz böyük rol oynamışdır. Azərbaycan Ordusu, 1828-ci ilədək Çar Rusyası tərəfindən işğal olunan, erməniləşdirilməyə-ruslaşdırılmağa çalışılan Azərbaycan Topraqlarını azad etməyə başlamışdır. Qarabağ-Zəngəzur, Naxçıvan, Şirvan, Lənkəran, Quba bölgələri bu pisliklərdən təmizlənib Demokratik Cumhuriyyətimizin sınırları içərisinə alınaraq dünya birlikləri tərəfindən tanınmasına nail olunmuşdur. Təəsüf ki, dünya şərtləri, osmanlının rəsmən çökdürülməsi, düşmən güçlərə tam qalib gəlməməyimizlə sonuçlanmış, İrəvan və çevrəsi işğaldan azad edilə bilməmişdir.

Məhəmməd Əmin bəy, Şeyx Xiyabani Azərbaycan Demokratik Cumhuriyyət adında birləşməyə qararlıydılar.

Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasıyla, Azərbaycanımızın Güneyində də Azadistan Dövlətinin qurulması eyni dövrə düşür. O, zaman Məhəmməd Əmin bəylə Şeyx Xiyabanlı arasında gizli danışıqlardan belə anlaşılır ki, Azadistan və Azərbaycan adları ona görə seçilibmiş ki, irəlidəki zamanda qərarlar verilsin Azərbaycan Demokratik Cumhuriyyət adında birləşmə gerçəkləşsin. Yenə ingilis əli, qırmızı komunist adı altında rus jandarma dövləti gücləndirildi, Türkün azadlıq, birlik mücadələlərinin qarşısı alındı.

Moskva-Tehran erməniçiliklə qarşımızdadı

Əsrin sonunda qırmızı komunist rus imperiyası yenidən çökməyə başladı, yenə də eyni problemlərlə üzləşdik. Hələ də Qarabağımız ingilis barmağıyla, erməni adıyla rus işğalında davam edir. Yenə də Moskva-Tehran erməniçiliklə qarşımızdadı. Yenə də içdən bizi sarsıtmağa hazırdılar, güclü dövlət olmağımıza qarşıdılar. Tehran Demokratik Güclü Azərbaycanı özünə təhlükə bilir. Yenə İngilis Moskvası sömürgçiliyinde dirənir.

Türkiyə bölgənin söz sahibidir

Amma dövr dəyişib, ingilisdə rusun və farsın ona yar olmayacağının fərqindədir. Azərbaycan Respublikası Demokratik Azərbaycana sahiblənmək, onu qorumaq şüurunda və gücündədir. Türkiyə bölgənin söz sahibidi. Rusiya və İran adlanan farsçı dövlətlər enişə doğru gedir. Adriatikdən Sakit okeana bir Türk gücü yüksəlir.

Reydə, Təbrizdə, İrəvanda, Xankəndində Hərbi Paradlar keçirəcəyimiz gün uzaqda deyil.

Cahandar Bayoğlu,

Turan Partiyasl GK Başqanı