Repressiya qurbanı şairin kitabı İstanbulda nəşr edildi

03/01/2019 - 22:29 20 797 0   0  

Azərbaycanın istiqlal şairi Əmin Abid Gültəkinin “Buzlu cəhənnəm” kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub. İstanbul Azərbaycan Kültür Evi nəşrlərindən çıxan kitabın tərtibatçısı Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir.

Kitabda Əmin Abidin Məhəmmədəmin Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Kafkasya” jurnalında Gültəkin təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də Əmin Abid imzası ilə yazdığı əsərlər yer alıb.

Əmin Abidin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmmədəmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə olaraq bu kitabda dərc edilib.

Kitab Azərbaycan Cümhuriyyətinin 100-cü, Əmin Abid Gültəkinin anadan olmasının 120-ci ildönümünə ithaf edilib.