Repetitorluğun qarşısını almaq üçün nə təklif edilir? - KOMİTƏ SƏDRİ AÇIQLADI

13/03/2019 - 18:11 2 701 0   0  

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.
Komitə sədri Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi olaraq, işlərin aparıldığını deyib.
Qanun layihəsinin parlamentə III oxunuş üçün təqdim edilməsi qərara alınıb.