Ərdoğanla Putin bu tarixdə görüşəcək

15/01/2019 - 15:34 3 076 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə yanvarın 23-ü Moskvada görüşəcək.

Suveren.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, hər iki ölkənin lideri Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.