Ərdoğanın sözçüsündən Fətullah Gülənin tutulması iddialarına CAVAB GƏLDİ

17/02/2019 - 11:53 4 165 0   0  

Mətbuatda və sosial şəbəkələrdə FETÖ rəhbəri Fətullah Gülənin ABŞ-da tutulması və hətta səhər saatlarında Türkiyəyə gətiriləcəyi xəbəri yayılıb.

Suveren.az bildirir ki, musavat.com CNN Türk kanalına istinadən xəbər verir ki, bununla bağlı gəzən iddialara Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın keçirdiyi mətbuat konfransında cavab verib.

Jurnalistlərin məsələ ilə əlaqədar sullarına İ.Qalın "bizə belə bir xəbər gəlməyib" deyə, cavab verib.

"Lakin bilirsiniz ki, bizim FETÖ ilə mücadilə məsələsində qərarlığımız sürməkdədir. Dünyanın hansı nöqtəsində olursa olsunlar ən yuxarı mərtəbəsindən aşağılara qədər bu xəyanət şəbəkəsinə qarşı mübarizəmiz qərarlı şəkildə davam edəcəkdir", - Türkiyə prezidentinin sözcüsü vurğulayıb.

Türkiyə rəsmisi bununla bağlı apardıqları mübarizədə dünyanın bir çox ölkəsində önəmli məsafə qət ediklərini bildirərək dost və müttəfiq ölkələrin FETÖ təşkilatının, sadəcə, Türkiyədə deyil, həmin dövlətlərin özlərində də necə böyük təhdid formalaşdırdığını dərk etməyə başladıqlarını qeyd edib.