Ərdoğanın dayısı vəfat edib

08/01/2019 - 11:07 2 227 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı Əli Mutlu vəfat edib.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Təqaüddə olan polis zabiti Ə.Mutlu bir müddəti imiş ağciyərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş. O, xəstəxanada vəfat edib.

Yanvarın 8-də Piyalepaşa məscidində Ə.Mutlunun dayısının cəznazə namazı qılınacaq. R.T.Ərdoğanın dayısı doğulduğu Rizə şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Əli Mutlu R.T.Ərdoğanın sağ olan sonuncu dayısı idi. Onun 5 övladı var.