Ərdoğan yeni futbol klubu yaratdı

06/02/2019 - 19:08 7 222 0   0  

İdmana və xüsusilə futbola olan sevgisi ilə tanınan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə futbol klubu yaradılıb. “Cumhurbaşkanlığıspor” adlanan klub mart ayından etibarən Ankaranın 2-ci həvəskar liqasının 4-cü qrupunda mübarizə aparmağa başlayacaq.

Bu barədə Türkiyənin “Fanatik” qəzeti məlumat yayıb.

Türkiyə Futbol Federasiyasının saytında klubun loqosu yerləşdirilib, heyət, stadion və forma haqqında hələlik hər hansı məlumat yoxdur. Komandanın klubun rəsmi ünvanı kimi göstərilən Beştəpədəki Prezident kompleksində məşq edəcəyi gözlənilir.

“Cumhurbaşkanlığıspor” ilk matçda “Ankara Performansspor”u qəbul edəcək. Qarşılaşmanın tarixi və saatı hələlik məlum deyil.