Rəbiyyət Aslanova təkzib etdi: Polisə şikayət etməmişəm

26/12/2018 - 17:22 2 224 0   0  

Haqqımda yazılan məlumatlar yanlış, təhrif olunmuş məlumatlardır. Mənim heç bir polis idarəsinə müraciətim olmayıb. Bunun da haradan qaynaqlandığını bilmirəm. Birmənalı olaraq söyləmk istəyirəm ki, belə bir müraciət yoxdur.

Bu sözləri Axar.az-a keçmiş millət vəkili, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova kafedrasının bir əməkdaşının universitetin hüquqşünası Tamilla Çələbiyevanı şikayət etməsilə bağlı danışarkən bildirib.
R.Aslanova qeyd edib ki, universitetdə baş verdiyi deyilən hadisə ilə əlaqədar universitetin mətbuat xidməti də məlumat verəcək:
“Tamilla Çələbiyevanın müsahibəsi ilə əlaqədar bildirmək istəyirəm ki, onun iddia etdiyi kimi heç bir şikayət xarakterli məktub nə universitet rəhbərliyinə, nə dekanlığa, nə də kafedraya şikayət daxil olmayıb. Universitetə belə bir sənəd daxil olmuş olsaydı, rəhbərlik onu fakültə dekanına, dekan isə mənə göndərməli idi. Belə bir şikayət məktubu olmadığı üçün, bu haqda danışmaq da yersizdir.
Ancaq biz belə bir sənədin olmadığı üçün heç bir söz deyə bilmərik”.
Qeyd edək ki, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovanın universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət etdiyi barədə məlumat yayılmışdı. İddia edilirdi ki, universitet rəhbərliyinə müraciət etmək istəyən bir tələbənin valideynləri ilə görüşən hüquqşünasla R.Aslanova arasında narazılıq yaranıb.