Qəzza zolağı sərhədində atışma olub, ölən və yaralananlar var

22/03/2019 - 22:51 1 699 0   0  

 

Qəzza zolağı sərhədində atışma olub, ölən və yaralananlar var

 

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb. 

Qəzza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”-nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib. 

İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb. 

Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib.