Qurban Qurbanov İSTEFA VERDİ - YENİLƏNDİ

08/12/2018 - 14:12 2 377 0   0  

Qurban Qurbanov milli komandadan istefa verib.

Muxalifet.az xəbər verir ki, bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.
"Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm”, - deyə Qurbanov bildirib.
Qeyd edək ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunmuşdu.
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub.
Həmçinin aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirəyə çıxarılıb, Hakimlər Komitəsinin tərkibi təsdiqlənib.