Quram Marxuliya: "Azərbaycan diplomatlarını ordu əvəz edəndə, Qarabağ separatçıları şou hayında olmayacaq"

25/05/2020 - 21:59 1 384 2   6  

"“İnaqurasiya” adı altında Qarabağın separatçı-kuklalarının işğal olunmuş azərbaycan torpaqlarında qurduğu şou, təkcə Azərbaycana deyil, həmçinin bütün dünyaya göstərdi ki, İrəvan faktiki danışıqlar prosesindən imtina edir və bununla da Azərbaycanın əl-qolunu bağlayır. Bu saxtakarlığın qədim Azərbaycan şəhəri Şuşada baş tutması, məni bu mövqedə daha da gücləndirir".

Bu barədə gürcü politoloq, tarix professoru Quram Marxuliya Armiya.az-a bildirib.

-Qarabağdakı separatçı rejimi yönləndirən Ermənistan hakimiyyəti atəşkəs rejiminin bitməsindən sonra Bakının münaqişəni sülh yolu ilə həll etməyə çalışmasına rəğmən qırmızı xətti keçdilər. Amma hər səbrin bir sonu var. Azərrbaycanın hərbi zərbəyə təhrik oldunduğu şəraitdə nə qədər boşuna danışıqlar aparmaq olar? Azərbaycanın hərbi arsenalı, ordunun döyüş ruhu və əhval-ruhiyyəsi nəzərə alınsa, hərbi zərbənin nəticəsi Azərbaycanın ərazi bütövlüyü olacaq, buna isə mən şübhə eləmirəm. Bir daha demək istəyirəm ki, bu Şuşada təşkil olunmuş şou-danışıqlar prosesinə vurulmuş son mismardır və onu məhz ermənilər saxta “xalqların öz müqəddaratını təyin etmə” şüarı altında gizlənərək vurdular. Hansı xalqdan söhbət gedə bilər? Erməni xalqı? Onlar ki, çoxdan Ermənistan respubıikasının ərazisində öz müəqddaratını həll edərək seçimlərini ediblər. Şuşa isə bütün Qarabağ kimi Azərbaycanın ərazisidir və köklü azərbaycanlı əhali buradan vəhşiliklə qovulub. Mən tarixçi kimi bilirəm ki, Şuşanı ermənilərin işğal etməsi nəticəsində şəhər və Şuşa rayonunun 30 kəndi dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, 58 nəfər isə itkin düşüb. 24 mindən çox Şuşa sakini etnik təmizliyə məruz qalıb.

Nə olar ki, indi Azərbaycanın əlləri bağlıdır. Ermənilər öz destruktiv mövqe və siyasətlərinin nəticələrini görürlərmi? Axı nə vaxtsa azərbaycan diplomatlarını Azərbaycan ordusu əvəz edəcək, qarabağ separatçıları və onların ağaları isə bu inaqurasiya hayında olmayacaq. Amma onlar özlərini günahlandırmalı olacaqlar.

"Kavkaplus"

Tərcümə etdi: Ülviyyə Şükürova