Qərbi Azərbaycan Respublikasının Məşvərət Şurası və Dövlət nəzarət xidmətinin tərkibi elan olundu - SİYAHI

18/06/2020 - 20:58 7 633 9   0  

Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurası və Dövlət nəzarət xidmətinin tərkibləri elan olunmuşdur. 17 iyun 2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respublikası sədarətinin növbəti videokonfransı keçirilmişdir.

Suveren.az xəbər verir ki, konfransda respublikanın bundan əvvəlki toplantılarda aldığı qərarların icrası ilə bağlı məsələlərə baxılıb. Yaradılmış və elan olunmuş ayrı-ayrı sahələr üzrə departament rəhbərlərindən qurumun əsasnamələri, fəaliyyət planları və tərkiblərinin hazırlanması tapşırılmışdır. Qərara alınmışdır ki, bir həftə sonra departamentlərin fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrə başlanılsın.
ADR Milli Şurasının 29 may 1918-ci il 3 nömrəli protokolu ilə bağlı müzakirələr aparılmış, QAİR adından Azərbaycan Milli Məclisinə və TBMM-nə məktubun hazırlanması ilə bağlı fikir mübadiləsi edilmişdir. Qərbi Azərbaycan İrəvan Respublikasının saytının hazırlanmasının vəziyyəti barədə Şaiq Bayramov məlumat verərək, saytın hazır vəziyyətdə olduğunu qeyd etmiş və dürüst materiallarla doldurulmasını tezləşdirməyi təklif etmişdir. Materialların yerləşdirilməsi və saytla bağlı digər məsələləri həll etmək üçün Təşkilat məsələləri və parlament seşkilərinə hazırlıq departamentinin direktoru Cəmşid Dərələyəzlinin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdır.
Bir sıra təşkilati məsələlərə də baxılmışdır. Konfransda Gənclər təşkilatının Türkiyə qollarına rəhbər Anar Can Kıtay təyin edilmiş və Dövlət nəzarəti xidmətinin heyəti də təsdiq edilmişdir. Aslan Azadəliyev - sədr, Allahverdi Seyidov-müavin seçilib.
Dövlət quruculuğunda iştirak etmək istəyən və ayrı-ayrı ölkələrdə yaşayan millətimizin nümayəndələrinin istəyini nəzərə alaraq, yaradılan Məşvərət Şurasının tərkibi də elan edilmişdir. Məşvərət Şurası sədrliyinə Mülazim Pahsanın namizədliyi verilmiş və o, yekdilliklə bu vəzifəyə seçilmişdir.

Məşvərət Şurasının tərkibi:

1. Mülazim Pahsa – sədr, (İzmir, Türkiyə)

2. Kamran Rüstəmov – Moskva, Rusiya

3. Yusif Xıdırov – Moskva, Rusiya

4. Elsevər Məmmədov – Rotterdam, Niderland

5. Hasan Oktay - Ankara, Türkiyə

6. Mayis Əlizadə - İstanbul, Türkiyə

7. Eldar İsmayılov - Bakı,  Azərbaycan

8.  Nəbi Ramazanlı - Bakı, Azərbaycan

9.  Musa Cabbarov – Bakı, Azərbaycan

10. Cahandar İsmayıl Bayoğlu - Bakı, Azərbaycan

11. Toğrul İsmayıl - Ankara, Türkiyə

12. Səfər Qaraqoyunlu – İstanbul, Türkiyə

13. Kərim Askeri - Ankara, Türkiyə

14. Samir İsgəndəroğlu – Ankara, Türkiyə

15. İlhan Aşkın – Den Haag, Niderland

16. Dilavər Əzimli – Bakı, Azərbaycan

17. Zahir Əlisoy - Bakı, Azərbaycan

18. İlham Mərdan – Ankara, Türkiyə

19. Mustafa Mustafayev – Moskva, Rusiya

20. Samir Məmmədov - Sankt Peterburq, Rusiya

21. Qədir Aslanov – Bakı, Azərbaycan

22. Burhan Yıldırım – Köln, Almaniya

23. Metin Uluxanlı – Rotterdam, Niderland

24. Bədrəddin Quliyev – Bakı, Azərbaycan

25. Talıb Bağırov – Bakı, Azərbaycan

26. Ruslan Fərzəliyev – London, İngiltərə

27. Ağası Hun - Komrat, Moldova

28. Hikmət Elp – İstanbul, Türkiyə

29. Rəfael Qəribov- Saratov, Rusiya

30. Bülent Gurcam- Brüssel, Belçika

31. Əli Vəliyev – Bakı, Azərbaycan

32. Mahmut Comert – Kayseri, Türkiyə

33. Sevinc Üçgül – Kayseri, Türkiyə

34. Eldar Hüseynov, Bakı, Azərbaycan

35. Bilman Qüdrət, Bakı, Azərbaycan

36. Polad Mirzəliyev, Bakı, Azərbaycan

37. Vahid Qorxmaz, Kocaeli, Türkiyə

38. Akif Çakmak, Türkiyə

QAİR  Mətbuat Xidməti

Suveren.az​