Qərbi Azərbaycan ( İrəvan) Respublikasının strukturlarının yaradılması prosesinə start verildi

24/05/2020 - 17:20 1 654 12   3  

Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının Qafar Çaxmaqlının sədrliyi ilə növbəti onlayn konfransı olmuşdur.

Suveren.az-a bu barədə Qərbi Azərbaycan (İrəvan) Respublikası Mətubat, İnformasiya, sosial şəbəkələrlə İş və Təhlil Mərkəzi tərəfindən məlumat verilmişdir. Təxminən 40 nəfərin iştirak etdiyi konfransda bölgədə baş verən olaylarla bağlı və oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın keçirdiyi “seçkilər” və Şuşa şəhərində “inaqurasiya” hadisəsi hüquqi– siyasi cəhətdən  dəyərləndirilmişdir. Qərbi Azərbaycan (İrəvan) Respublikasının qarşısında duran vəzifələr müzakirə edilmişdir. Təşkilati məsələlərə  baxılmışdır. Millət Şurası Katibliyi yaradılmış və tərkibi təsdiq edilmişdir. Yeni sədr müavinlərinin seçilməsi ilə bağlı fikir mübadiləsi olmuş, İlham İsmayılov, Aqil Səmədbəyli sədrin müavinləri təyin edilmişlər. Qərbi Azərbaycanla bağlı fəaliyyətdə olan və Millət Şurası tərkibinə daxil olan təşkilat sədrlərinə müşavir statusu verilməsi qərarlaşdırılmışdır. Mətbuat, İnformasiya, Sosial Şəbəkələrlə İş və Təhlil Mərkəzi, Qərbi Azərbaycan (İrəvan) Tarixinin Araşdırılması Mərkəzləri təsis edilmiş, tərkibi müəyyənləşdirilmişdir.

Qərbi Azərbaycan (İrəvan) Respublikası internet saytının, TV və başqa informasiya vasitələrinin yaradılması ilə bağlı Millət Şurasının üzvü Şaiq Bayramovun məlumatı dinlənilmişdir. Digər texnoloji  məsələrlə bağlı müzakirələr olmuşdur. Yeni strukturların yaradılması ilə əlaqədar  təkliflərin növbəti konfransda müzakirə edilməsi qərarlaşdırılmışdır.  

Qərbi Azərbaycan (İrəvan) Respublikası Mətbuat, İnformasiya, sosial şəbəkələrlə İş və Təhlil Mərkəzi