Qərbi Azərbaycan İrəvan Respublikası BƏYANAT yaydı:"Biz beynəlxalq ictimaiyyəti, dünya birliyini Azərbaycanın haqq işi uğurunda mübarizəsində dəstək olmağa və erməni terrorizminə “dur” deməyə səsləyirik"

19/07/2020 - 12:51 5 443 4   1  

18 iyul 2020-ci il tarixdə QAİR-in Məşvərət Məclisi və Sədarətinin birgə genişləndirilmiş onlayn toplantısı keçirildi. Səksən nəfərdən artıq iştirakçıdan ibarət onlayn keçirilən konfransda Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi vəziyyət, Tovuz bölgəsində baş verən hadisələr və digər hadisələr müzakirə edildi, sonda bəyanat qəbul edildi.                    

                                                                                                                               Qərbi Azərbaycan İrəvan Respublikasının

                                                                                                                                                  B Ə Y A N A T I

Erməni Silahlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünə növbəti dəfə qəsd edərək hərbi şəxslərin həyatına son qoymuşdur. Şəhid olan Azərbaycan Respublikası vətəndaşları arasında Azərbaycan ordusunun generalı Polad Həşimov, polkovnik Ilqar Mırziyev və digər yüksək rütbəli hərbiçilər varki, bu da Ermənistan – Azərbaycan sərhəddində baş verən münaqişənin heç də təsadüf olmadığını, Ermənistan silahlı qüvvələrinin öncədən məqsədyönlü şəkildə hazırlayıb həyata keçirdiyi təcavükar plan oludğunu təsdiq edir. Ermənistanı bu akta təşviq edən səbəblər arasında beynəlxalq birliyin, xüsusilə də  münaqişənin tənzimlənməsinə bilavasitə məsul olan ATƏT-in Minsk qrupunun təcavüzkar Ermənistanla işğala məruz qalmış Azərbaycan Respublikasına fərq qoymama münasibəti də mühüm yer tutur.

Təbii ki, Qarabağla bilavasitə əlaqəsi olmayan Azərbaycanın Tovuz bölgəsinə Ermənistan silahlı qüvvələrinin hücum etməsi təsadüfi deyil. Belə ki, Azərbaycanı Avropa ilə birləşdirən magistral yol, həmin bölgədən keçən Neft, Qaz kəmərləri, habelə digər kominikasiya xətləri hədəf seçilmişdır. Ermənistan, “Həm suçlu həm güclü“ ənənəvi erməni milli riyakarlığını işə salaraq Azərbaycan vətəndaşlarının həyatına son qoyur, həm də beyəlxalq KİV- də özünü təcavüzə məruz qalan tərəf kimi təqdim etməklə Azərbaycan tərəfini gözdən salmağa və ona qarşı bu və ya digər sanksiyaların tətbiqinə çalışır.

Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Məclisi olaraq cinayətkar Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan vətəndaşlarına görə üzüldüyünü bəyan edir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Uzun illər davamlı olaraq erməni terroruna məruz qalan, onun mahiyyətinə yaxşı bələd olan bir cameyə olaraq dünya bırlıyınə bəyan edırkı ki, Cənubi Qafqazda baş verən bütün  münaqişələrin əsas səbəbi ermənilərin “dənizdən –dənizə erməni dövləti” avanturası və bu ideyalarının həyata keçirmə istiqamətində israrlarıdır.

Biz işğalçı, təcavüzkar, daim bölgədə müharibə ocağının qalmasında təşəbbüskar olan Ermənistan tərəfini açıq və gizli dəstəkləyən mürtəce qüvvələri fəaliyyətini qətiyyətlə pisləyir,  habelə ATƏT-in  Minsk qrupunun fəaliyyətini münaqişənin həllinə fayda verməyən səmərəsiz fəaliyyət hesab edir, onu qınayır və erməni təcavüzünə qarşı qətiyyətli olmağa çağırırıq.

Biz beynəlxalq ictimaiyyəti, dünya birliyini Azərbaycanın haqq işi uğurunda mübarizəsində dəstək olmağa və erməni terrorizminə “dur” deməyə səsləyirik.

Sivil  dünyanın  koronavirusla  mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətininn Azərbaycanın ərazisi bütövlüyünə qəsd etməsini, Azərbaycan ərazisinə silahlı basqınını anti-insani bir addım sayır, mütərəqqi bəşəriyyəti bu təcavüzə son qoymağa çağırır.

18.07.2020-ci il

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti