Qərbi Azərbaycan İrəvan Respublikası bəyan edir: "Hazırlaş Paşinyan, Ermənistan coğrafi ərazisinin həqiqi sahibləri gəlir"

23/07/2020 - 11:51 1 006 7   0  

22.07.2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respublikası Sədarətinin növbəti onlayn toplantısı keçirilmişdir. Toplantıda  mühacir hökümətin dövlət atribuları, Məşvərət Məclisinin fəaliyyətinin prosedur qaydalarının daha da təkmilləşdirilməsi, terorçu Erməni Baş Naziri N.Paşinyanın Təhlükəsizlik Şurasının toplantısında səsləndirdiyi Qərbi Azərbaycan İrəvan Respublikasının fəaliyyətinə dair tapşırıqları müzakirə edilmişdir.

Ermənistanın  baş naziri Paşinyanın Təhlükəsizlik Şurasının iclasında Qərbi Azərbaycan İrəvan Respublikasının yaranmasına, bayrağının qəbul edilməsinə və sədri Qafar Çaxmaqlının fəaliyyətinə toxunaraq bildirmişdir ki, Ermənistan Təhlükəsizlik Şurası bu barədə tədbir görməlidir. Paşinyan bu çağrışı ilə Ermənistanın bir daha terror dövləti olduğunu təsdiqləmiş və artıq terrorun dünya miqyasında tətbiqinə çağırış etmişdir. O etiraf etmişdir ki, Ermənistan terror dövləti olaraq əvvəlcə tarixi Qərbi Azərbaycan İrəvan Respublikasının ərazilərini zəbt etmişdir, sonra Azərbaycanın 20 % ərazilərini və bu istiqamətdəki fəaliyyətlərini Tovuz rayonuna hücumları ilə davam etdirmişdir. Dünya miqyasında Ermənistan terror dövlətinə "dur" deyən tapılmadığından onlar dövlət səviyyəsində terror fəaliyyətlərini dünya miqyasına çıxararaq Los Anceles, Brüssel və s. yerlərdəki sivil qaydada Azərbaycana dəstək mitinqlərini məlum vəhşilikləri ilə qarşılayaraq terror həyata keçirmişlər. Qərbi Azərbaycan İrəvan Respublikası olaraq bu terror aktlarını qətiyyətlə pisləyir, ölçü götürülməsi üçün mitinqlərin keçirildiyi dövlətlərin diqqətinə insanların təhlükəsizliyinin təmin edilməsi üçün borclu olduqlarını və olaylar barədə ciddi ölçü götürməyə çağırırıq.

Ermənistan terror dövlətinin baş naziri Paşinyanın narahatlığını başa düşürük ki, terror yolu ilə zəbt etdiyi torpaqlarda qurduqları dövlətin sabahı sual altına düşmüşdür. Bəli, Ermənistanın terror yolu və məlum dəstək verənlərinin köməyi ilə Qərbi Azərbaycan İrəvan Respublikasının 8 milyonluq sakinləri 1000 illik tarixi torpaqlarından vəhşicəsinə çıxarılmış və bir dövlət dünyanın gözü qarşısında xəritədən silinmişdir. Hazırlaş, Paşinyan Ermənistan terror dövlətinin müvəqqəti yerləşdiyi coğrafi ərazinin həqiqi sahibləri gəlir. Gənclərinizə yeritdiyiniz saxta ideologiya iflasa uğrayaraq bu torpaqlara əbədi bağlanmağınızın qarşısı alınmışdır.

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti