Qobuda DƏHŞƏTLİ QƏTL: Qonaq gəldi, qardaşı arvadını öldürdü

03/01/2019 - 12:27 10 603 0   0  

Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.

Suveren.az DİN-in saytına istinadən xəbər verir ki, Ə.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb. 
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.