QLOBALİZASİYA YARIMÇIQ QALDI – Və yaxud koronavirus qlobalizasiyanı öldürdümü?

18/05/2020 - 15:44 277 0   0  

Hələ koronavirus pandemiyası yayılmazdan əvvəl belə, qloballaşma prosesi çətin vəziyyətdə idi. Dünya iqtisadiyyatında on illiklər boyu hökm sürən açıq ticarət sistemi maliyyə böhranı və Çin-ABŞ ticarət müharibəsi nəticəsində zərər görmüşdü. Sərnişindaşımaları keçən illə müqayisədə 97 % aşağı düşüb; Meksikaya avtomobil ixracatı aprel ayında 90 % azalıb; Transpasifik konteyner daşımalarının 21 %-i may ayında ləğv edilib və s.

“The Economist Today” nəşri qeyd edir ki, iqtisadiyyat işə düşməyə başladıqca aktivlik bərpa olunacaq. Lakin sərbəst hərəkət və azad ticarətin tezliklə geri dönəcəyinə ümid bəsləmək olmaz. Pandemiya səyahət və miqrasiyanı siyasiləşdirəcək və özünəinama qarşı qərəzi alovlandıracaq. Bu, iç baxışlı sıçrayış bərpa prosesini haldan salacaq, iqtisadiyyatı zəiflədəcək və geosiyasi qeyri-stabillik yayacaq.

Dünyada bir neçə dəfə inteqrasiya epoxası olub. Lakin 1990-cı illərdə yaranan ticarət sistemi əvvəlkindən daha da irəli getdi. Çin “dünyanın fabriki”nə çevrildi və sərhədlərini insanlar, məhsullar, kapital və indormasiyaya tamamilə açdı. “Lehman Brothers” 2008-ci ildə dağıldıqdan sonra bir çox banklar və çoxmillətli firmalar geri çəkildi. Ticarət və xarici sərmayə ÜDM-ə nisbətən durğunlaşdı ki, bu da “yavaşlama” adlandırıldı.

Daha sonra prezident Trampın ticarət müharibələri gəldi. Hansı ki, özündə geniş gündəmli şovinizm və ittifaqlara qarşı saymazlıqlar ehtiva edən Çinin avtokratik kapitalizmi və “mavi yaxalıqlı” işləri qarışdı. Keçən il Vuhanda virusun yayılmağa başladığı anda, Amerikanın idxaldakı tarif dərəcəsi 1993-cü ildəki ən yüksək səviyyəyə qayıtdı və həm Amerika, həm Çin öz texnoloji sənayelərini ayırmağa başladı.

Yanvardan etibarən Asiyadan Qərbə doğru yeni dağılma dalğası yayıldı. Fabriklər, mağaza və ofislərin bağlanması tələbin azalmasına səbəb omaqla yanaşı, tədarükçülərə mallarını müştərilərə çatdırmağa çətinlik yaratdı.

Doğrudur, dəymiş zərər universal deyil. Qida məhsullarının hərəkəti əvvəlki kimi davam edir, “Apple” isə hələ də “İphone” istehsal edə biləcəyində israr edir və Çindən ixaracatın qarşısı hələ ki, tibbi məhsulların tədarükü ilə alınır. Amma ümumi təsir dəhşətlidir. Dünya ticarəti bu il 10-30 % azala bilər. Mayın ilk 10 günündə Cənubi Koreyadan ixracat, ticarət gücü, ilbəil müqayisədə 46 %-ə düşdü, yəqin ki, 1967-ci ildəki anti-rekordundan da aşağı enişdir.

Qlobal anarxiyanın əsas anarxiyası ifşa olunur. Fransa və Britaniya münasibətləri karantin qaydaları üzündən pozuldu, Çin Avstraliyanı virusun əmələ gəlməsinin araşdırılması tələbi səbəbinə görə cəza tarifləri ilə hədələyir, Ağ Ev isə ticarət müharibəsi yolundadır. Pandemiya dövründə FED-in bəzi mərkəzi banklara kreditlər verməsi kimi əməkdaşlıq əlaqələrinə baxmayaraq, Amerika dünya lideri kimi çıxış etməyə o qədər də həvəsli deyil. Xaos və “daxili ev”in bölünməsi onun nüfuzuna zərər vurdu.

Çinin gizliliyi və təhqiramiz istehzası isə onun istəksizliyini sübut edir və heç nəyə yaramır – mantiyanı qaldıra bilməz.

Bir sözlə, bütün dünyada qloballaşma haqqında mövqelər qarışmış vəziyyətdədir. İnsanlar narahatdırlar, çünki onların sağlamlığı xaricdən keyfiyyətli məhsulların ixrac edilməsindən, eləcə də məhsul yığımında əsas rol oynayan və hətta qocalar evlərində belə, işləyən miqrant işçilərdən asılıdır.

Bu, hələ başlanğıcdır. Çin xaricində informasiya axını sərbəst olsa da, insanların hərəkəti, mal və kapital axını hələ ki, qapalı vəziyyətdədir. Tramp administrasiyası iş yerlərini amerikalıların almalı olduğunu əsas gətirərək, immiqrasiyanın azaldılmasını təklif edir. Digər ölkələr də yəqin ki, bu yolla gedəcəklər. Səyahət məhdudlaşdırılıb, bu da iş tapmaq, əkin sahələrini yoxlamaq və sifarişləri yerinə yetirmək imkanlarını məhdudlaşdırıb. İnsanların 90%-i sərhədlərin tamamilə bağlandığı ölkələrdə yaşayır. Çox dövlətlər sərhədlərini yalnız oxşar sağlamlıq protokolları olan ölkələr üçün açacaqlar: belə bir “səyahət şarı” yəqin ki, Avstraliya və Yeni Zelandiya, Tayvan və Sinqapur qarşısında qoyulacaq. Səyahət industriyası işarə verir ki, səyahət qadağaları davam edəcək. Aerobus istehsalı 3 dəfə ixtisara salınıb, “qlobalizasiyanın simvolu” “Emirates”i isə 2022-ci ilə kimi bərpa olunma gözləmir.

Dövlətlər iş gördükləri firmaların mənsub olduğu ölklərdən asılı olaraq eyni səviyyədə davranmaq fikrindən əl çəkdiklərinə görə ticarət zərər görəcək. Hökumtlər mərkəzi bankları vergi ödəyicilərindən milli firmaların dəstəklənməsi üçün stimul yaradacaq paketlər yazmağa çağırırlar. Davamlıılq üçün tədarük zəncirini bərpa cəhdləri sürətlənir. 12 mayda Hindistanın baş naziri xalqa müraciətində bildirdi ki, yeni iqtisadi özünütəmin dövrü başlayır. Yaponiyada “Covid-19” dəstək paketi fabrikləri yenidən işə salan firmalara subsidiyalar verilməsini nəzərdə tutur. Avropa Birliyinin rəsmiləri “strateji muxtariyyət” haqda bəyanatlar verir və firmaların aksiya paketlərinin alınması üçün fondlar təsis edirlər. Amerika “İntel”i evlərdə fabriklər qurmağa çağırır. Rəqəmsal ticarət çiçəklənir, lakin bu hələ kiçik miqyasdadır. “Amazon”, “Apple”, “Facebook” və “Microsoft”un birlikdə satışları dünya ixracatının 1,3 faizinə bərabərdir. Uzunmüddətli sərmayə azaldığına görə, kapital axını zərbə altındadır.

Çinin Amerikadakı risk kapitalı bu ilin birinci kvartalında dörd yüz milyon dollara qədər düşdü, bu isə son iki ildə 60%-dən də aşağıdır. Çoxmillətli firmalar bu il xarici sərmayəni üçdə birə qədər ixtisar edə bilərlər. ABŞ əsas federal təqaüd fonduna Çin aksiyalarını almağı dayandırmaq göstərişi verib, hələ ki, dünya ÜDM-nin 59%-ni təmsil edən ölkələr xarici investisiyalar üçün şərtləri sərtləşdiriblər. Hökumətlər firmalar və sərmayəçilərə vergilər yükləyərək öz borclarını bağlamağa cəhd etdiklərinə görə, bəzi ölkələrdə özlərindən kapital axınına məhdudiyyətlər tətbiq edə bilər.

Qeyri-stabil iqtisadi sistemdə milli nəzarətin daha təhlükəsiz və humanist olacağı ümidləri ilə özünüzü aldatmayın. Daha kasıb ölkələrin məsafə qət etməsi və varlı ölkələrlə ayaqlaşması çətin olacaq, zəngin dünyada isə həyat daha da bahalı və daha az azad olacaq. Təchizat zəncirlərini daha dayanıqlı vəziyyətə gətirmənin yolu yaxşı göstəriciləri olan iqtisadiyyatı pis vəziyyətə salan və riskləri özündə cəmləyən təmərküzləşmə yolu deyil, əksinə onu şaxələndirməkdir. Bundan da əlavə parçalanmış dünya vaksinin tapılması və iqtisadiyyatın bərpa olunması kmi problemlərin öhdəsindən gələ bilməyəcək. Təəssüf ki, bu məntiq dəbdə deyil. Bu üç zərbə açıq ticarət sistemini elə iflic vəziyyətinə salıb ki, onun xeyrinə olan güclü arqumentlərə fikir verilmir. Güclü qlobalizasiya erası ilə vidalaşın – və bundan sonra nə olacağı barədə düşünün.

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA