QİÇS daşıyıcılarının sayı artır - TƏHLÜKƏ

01/12/2018 - 21:26 1 636 0   0  

Bu ilin əvvəlindən Gürcüstanda QİÇS-ə yoluxanların sayı 618 nəfər artıb.

Suveren.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.

2018-ci il dekabrın 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 7380 QİÇS-ə yoluxma halı qeydə alınıb.

Xəstəliyə yoluxanların 5526 nəfəri kişilər, 1854-ü isə qadınlardır. Xəstəlik daşıyıcılarının əksəriyyətini 29-39 yaş qrupuna daxil insanlar təşkil edir. QİÇS 3938 xəstədə inkişaf edib, 1500 nəfər isə ölüb.

QİÇS-ə yoluxan şəxslərin əksəriyyəti 2701 nəfər olmaqla, paytaxt Tbilisinin payına düşüb ki, onların da 87-si xarici ölkə vətəndaşlarıdır.

HİV infeksiyasına yoluxma hallarının 62,9%-i heteroseksual əlaqə vasitəsilə yayılıb.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı ilk hal 1989-cu ildə qeydə alınıb. (report)