“QHT Şurasının SƏLİS layihəsi qısa vaxtda populyarlıq qazana bildi” – Fazil Mustafa

17/05/2019 - 23:49 1 816 0   0  

Fazil Mustafa

Millət vəkili

Azərbaycanda bir sıra qurumların öz işini təkmilləşdirməsi və daha şəffaf failiyyətə yönəlməsı təqdirəlayiq hadsədir. Xüsusilə də Qeyri-Hökumət Təşkilatlarına Dövlər Dəstəyi Şurası son illərdə ictimai nəzarət və ictimai iştirakçılıq motivli qanunvericiliyin meydana çıxmasından sonra bu prinsiplərin tətbiqi üçün maraqlı yeniliklər etməyə start verdi. Bu addımların ən diqqətçəkəni SƏLİS layihəsidir.

Bu layihə ilk dəfə tətbiq olunsa da, qısa müddətdə populyarlıq qazana bildi. Layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi, yəni e-vətəndaş xidmətini önümüzdəki illərdə daha da təkmilləşdirilsə, o halda vətəndaş cəmiyyəti institutlarının sürətlə inkişafının və üstün fəalliğının şahidi olacağıq.

Burada istənilən vətəndaş layihə haqqında elektron formada dərhal bilgi alır, onun aktuallığı yaxud da effektli olmaması barədə rəyini bildirir, layihənin maliyyələşdirilməsi ilə bağlı qərara ictimai nəzarət formasında birbaşa təsir göstərir.
Bu isə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin keyfiyyətinin və effektivliyinin artırılması və vətəndaşlardan daxil olan yeni ideya və təşəbbüslərin sonrakı mərhələdə nəzərə alınması deməkdir. Burada ən vacib məsələ isə büdcə vəsaitinin səmərəsiz istifadəsinin qarşısının alınmasına vətəndaşların təsir göstərməsdir.

Fikrimcə, Dövlət Dəsyəti Şurasının bir donor kimi öz fəaliyyətində vətəndaşa vasitəçisiz əməkdaşlıq imkanı yaratması digər dövlət qurumlarında da tətbiqi vacib olan praktik addım sayılmalıdır.