Qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir - XƏBƏRDARLIQ

22/11/2018 - 14:46 565 0   0  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Suveren.az-a verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında
Noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.