Qəddafinin oğlu Moskvadan kömək istəyib

24/12/2018 - 12:48 412 0   0  

Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam prezidentlik ambisiyalarının qorunması üçün Moskvadan kömək istəyib.

Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, Moskva onun istəyinə hələ razılıq verməyib.

Agentliyin məlumatına görə oktybarın əvvəllərində Seyf əl-İslam Qəddafi Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşərək Rusiya hökuməti və Putinə ünvanlanmış məktubu ona verib.